Bu gün İranda baş verən güclü zəlzələ nəticəsində xeyli sayda insan ölüb. Modern.az-ın İran mətbuatına istinadən verdiyi məlumata görə, Buşəhr vilayətində baş vermiş zəlzələ nəticəsində 30-dan çox insan dünyasını dəyişib. Kaki şəhərinin Bağan kəndi tamamilə dağılıb. Zəlzələ nəticəsində Buşəhr vilayətində ümumilikdə 650 nəfər xəsarət alıb, 70 nəfərin vəziyyətinin ağır olduğu deyilir.
İranın Tasuc şəhəri də zəlzələdən ən çox ziyan görən bölgələrindəndir. Hazırda zəlzələ baş verən ərazilərdə xilasetmə tədbirləri görülür.
Qeyd edək ki, Ayatullah Əli Xameneinin Buşəhr üzrə nümayəndəsi Ayatullah Ulaməli Səfai isə sabahdan zəlzələ ilə bağlı 3 günlük matəm elan olunduğunu deyib
Modern.az