Modern.az

Çempionlar Liqası: “Qalatasaray” “Real”a qalib gəldi, yarımfinala çıxa bilmədi

Çempionlar Liqası: “Qalatasaray” “Real”a qalib gəldi, yarımfinala çıxa bilmədi

10 Aprel 2013, 08:26

Ötən gecə UEFA Çempionlar Liqasının 1/4 final mərhələsinin iki cavab oyunu keçirilib.
Səfərdə Madrid "Real"ına 0:3 hesabı ilə məğlub olan İstanbulun "Qalatasaray" klubunun növbəti mərhələyə keçmək şansları az görünürdü. Lakin "Cimbom" ispanlara rahat təslim olmadı. Gərgin və maraqlı mübarizə şəraitində keçən oyunda "Qalatasaray" rəqibinə 3:2 hesabı ilə qalib gəldi. Bununla belə, ilk oyunun nəticəsinə görə yarımfinala "Real" çıxdı. 

Dortmund "Borussiya"sı öz meydanında İspaniyanın "Malaqa" klubunu qəbul edib. İlk qarşılaşmaları 0:0 hesabı ilə bitən bu komandaların oyununda qapılara beş qol vurulub. Görüşün 90-cı dəqiqəsinə qədər 1:2 hesabı ilə məğlub olan Dortmund təmsilçisi inanılmaz əzmkarlıq göstərərək 90+1 və 90+2-ci dəqiqələrdə daha iki qol vuraraq yarımfinala vəsiqə qazanıb. 

“Borussiya” (Dortmund, Almaniya) – “Malaqa” (İspaniya) - 3:2
“Qalatasaray” (Türkiyə) – “Real” (İspaniya) - 3:2

Bu gün daha iki oyun olacaq:

23:45. “Barselona” (İspaniya) – PSJ (Fransa)
23:45. “Yuventus” (İtaliya) – “Bavariya” (Almaniya)

  Modern.az
Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Rusiya SSRİ mesajını verdi - Ukrayna Həştərxanı vurdu