Modern.az

Məktəblərdə dərslik problemi bu həftə həll olunacaq - RƏSMİ

Məktəblərdə dərslik problemi bu həftə həll olunacaq - RƏSMİ

Təhsil

28 Sentyabr 2022, 11:12

Bəzi orta məktəblərdə yeni çap olunmuş tədris kitablarının verilməsində müəyyən ləngimələr olub. Problem ən qısa müddətdə, konkret desək, həftəsonuna qədər aradan qaldırılacaq.

 

Bu barədə Elm və Təhsil Nazirliyinin İctimaiyyətlə əlaqələr sektorunun müdiri Cəsarət Valehov Modern.az-ın sorğusuna cavab olaraq bildirib.

 

“Ləngimələrin dərslik çatışmazlığı ilə bağlı olmadığını qeyd etmək lazımdır. Dərsliklər məktəblərin kitabxanalarında var. Düzdür, onlar əvvəlki illərdə çap olunmuş kitablardır. Ancaq hər halda paylanılır. Bir sözlə, məktəblərdə dərslik problemi yoxdur. Sadəcə olaraq yeni çap olunmuş tədris kitablarının verilməsində ləngimə olub”, - deyə nazirlik rəsmisi vurğulayıb.

 

Qeyd edək ki, Bakı və regionlarda fəaliyyət göstərən məktəblərdə müəllimlər bəzi dərs vəsaitlərində çatışmazlıq yaşandığını bildirirlər.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Düşmənçiliyin son həddi- Təbrizdə erməni konsulluğu açılır