Azərbaycanın tanınmış müğənnisi Rəqsanə İsmayılova axtarışa verilib. Bu barədə APA-ya Suraxanı rayon Polis İdarəsinin rəis müavini Akif Nəzərli məlumat verib.
A. Nəzərli qeyd edib ki, R. İsmayılova vətəndaşlara qarşı dələduzluq etməkdə təqsirli bilinir. Onun barəsində Cinayət Məcəlləsinin 178-ci (dələduzluq) maddəsi ilə cinayət işi başlanıb və məhkəmənin qərarı ilə axtarış elan olunub.
Hazırda R. İsmayılovanın tutularaq istintaqa cəlb edilməsi istiqamətində tədbirlər davam etdirilir.
Modern.az