Modern.az

Fərəc Quliyev Çingiz Dəmiroğlu ilə anlaşdı

Fərəc Quliyev Çingiz Dəmiroğlu ilə anlaşdı

10 Aprel 2013, 14:07

Bu gün Milli Dirçəliş Hərəkatı Partiyası və 22 partiyadan formalaşmış “Ata bloku” razılaşma əldə etdi. Milli Dirçəliş Hərəkatı Partiyası mətbuat xidmətindən Modern.az-a bildirilib ki, anlaşmada aşağıdakı müddəalar ətrafında razılığa gəlinib:

- Azərbaycan Respublikasının dövlət maraqlarının qorunması;
- Ölkədə barışa söykənən sabitliyin əldə olunması;
- Qarşıdurma və toqquşmalardansa, parlamentdə və kürsülərdə fikir dartışmalarının daha səmərəli olacağını düşünərək mübarizənin və fəaliyyətin sivil formada aparılması;
- Prezident seçkiləri dönəmində seçkiöncəsi mühitin demokratikləşməsi;
- Seçkilərin demokratik, şəffaf keçirilməsi, seçkilərin müşahidəsinin birgə təşkili;
- Seçici fəallığının təmin olunması, bu seçkilərdə prezidentliyə namizədin verilməsində, birgə müzakirələrin təşkili;
- Fəaliyyət müddətində daha dərin inteqrasiya və prezident seçkilərində vahid namizədlə iştirakın müzakirəsi.  

Milli Dirçəliş Hərəkatı Partiyasının sədri Fərəc Quliyev və “Ata bloku”nun sədri  Çingiz Dəmiroğlu yuxarıda göstərilən müddəalar əsasında digər siyasi qüvvələrlə də konsolidasiyanın mümkünlüyünü qeyd ediblər.

Modern.az
 
Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Rusiya SSRİ mesajını verdi - Ukrayna Həştərxanı vurdu