Modern.az

Sabahdan yağış yağacaq - HAVA

Sabahdan yağış yağacaq - HAVA

10 Aprel 2013, 14:24

Ekologiya və Təbii Sərvətlər Nazirliyi Milli Hidrometeorologiya Departamentinin məlumatına görə, Bakıda və Abşeron yarımadasında aprelin 10-dan 11-nə keçən gecə yarımadanın bəzi yerlərində qısamüddətli yağış yağacağı, səhər tədricən kəsiləcəyi, gün ərzində dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir.

Arabir güclənən şimal-qərb küləyi gündüz mülayimləşəcək.
Havanın temperaturunun gecə 6-9, gündüz 14-19 dərəcə isti olacağı gözlənilir.

Azərbaycanın rayonlarında sabah əsasən gecə və axşam bəzi yerlərdə qısamüddətli yağış yağacağı, şimşək çaxacağı gözlənilir. Qərb küləyi əsəcək, gecə və səhər arabir güclənəcək.
Havanın temperaturunun gecə 5-10, gündüz 18-23, bəzi yerlərdə 26, dağlarda gecə 3-8, gündüz 10-15, bəzi yerlərdə 18 dərəcəyədək isti olacağı gözlənilir.

 

Modern.az

Whatsapp
Bizə yazın!
Keçid et
Rusiya SSRİ mesajını verdi - Ukrayna Həştərxanı vurdu