Modern.az

İnternat məktəbinin məzunu: "Böyük insan olmaq xəyalım yoxdur"

İnternat məktəbinin məzunu:

Təhsil

29 Sentyabr 2022, 11:14

Bu il tələbə adı qazananlardan biri də Sağlamlıq imkanları məhdud uşaqlar üçün 5 nömrəli Respublika xüsusi internat məktəbinin məzunu Humay Məmmədovadır.

 

Humay Məmmədova uğur yolu haqqında Modern.az-a danışıb.

 

Humay deyir ki, universitetə daxil olmaq onun ən böyük arzusu olub:

 

“5 nömrəli internat məktəbində təhsil almışam, hazırda 506 balla daxil olduğum Azərbaycan Texniki Universitetində ali təhsil alıram. Blok imtahanında 264, buraxılış imtahanından isə 242 bal toplamışam. Gözümün zəifliyi səbəbindən çox çalışa bilmirdim, amma əlimdən gələni edirdim. 10-cu sinifdən başlıyaraq kursa, 11-ci sinifdən isə kursdan əlavə də hazırlığa gedirdim. Bu çətin yolda isə mənə dəstək olan, hər zaman məni dəstəkləyən ailəm və rəfiqələrim idi. Onların dəstəyi mənə çox kömək olurdu, uğurlu olmağımda böyük rolları var. İnformasiya təhlükəsizliyi üzrə təhsil almağı çox istəyirdim. Kodlaşdırma mərhələsində fərqli universitetlərə üstünlük versəm də, yalnız bir ixtisas seçmişdim. O da İnformasiya təhlükəsizliyi idi".

 

Müsahibimiz gələcəkdə ixtisası üzrə çalışmaq istəyindədir. Humay eyni zamanda söyləyib ki, “vəzifəli, pullu, böyük insan olmaq kimi bir xəyalı yoxdur:

 

 

“Gerçəklərlə yaşamağı sevirəm, xəyalla yaşayan biri deyiləm. Normal bir həyat yaşasam, öz ehtiyaclarımı qarşılasam, bu mənim üçün yetərli olar. İmtahan hazırlıq prosesində mənə mane olan ən birinci şey gözümün zəifliyi idi, gözüm mənfi yeddi dərəcədir. Gözümün zəifliyini stabil saxlamaq üçün müalicə alıram, amma əməlliyat üçün risk etmirəm".

 

H.Məmmədova imtahan verəcək gənclərə məsləhət də verib. O deyib ki, uğur qazanmağın ən əsas yolu planlı işləməkdir.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Ukraynadan Rusiyaya ardıcıl zərbələr: Vəziyyət kritikdir