Modern.az

Lənkəran icra hakimiyyəti aksiya xəbərini təkzib etdi

Lənkəran icra hakimiyyəti aksiya xəbərini təkzib etdi

10 Aprel 2013, 14:42

Lənkəran şəhər İcra Hakimiyyəti bu gün rayon ərazisində etiraz aksiyasının keçirilməsi ilə bağlı mətbuatda yer alan məlumatlara münasibət bildirib. Bu barədə icra hakimiyyətindən Modern.az-a daxil olan məlumatda bildirilir ki, 10 aprel tarixində Lənkəranda etiraz askiyasının keçirilməsi haqda  yayılan xəbərlər doğru deyil:

“Bu informasiyalar tamamilə əsassızdır və həqiqəti əks etdirmir. Belə ki, göstərilən tarixdə
Qafqaz LTD-nin əməkdaşları tərəfindən heç bir etiraz aksiyası keçirilməyib. Həmin gün Qafqaz LTD-nin 17 nəfər işçisi Lənkəran Şəhər İcra Hakimiyyətinə gəlib icra başçısı tərəfindən qəbul olunmalarını xahiş ediblər. İcra başçısı tərəfindən qəbul olunan işçilər mart ayı üçün əmək    haqqının ödənilməsinə və gələcəkdə göstərilən sahədə işlə təmin olunmalarına köməklik olunmasını xahiş ediblər.  İcra başçısı Qafqaz LTD-nin rəhbərliyi ilə əlaqə saxlayıb və işçilərin mart ayı üçün əmək haqqının yaxın günlərdə ödənilməsi və işlər Azərinşaat MMC-yə təhvil veriləndən sonra da onların həmin təşkilatda işləməkdə davam edəcəkləri razılaşdırılıbdır. Qəbulda içtirak edən vətəndaşlar onların qaldırdıqları məsələlərin həllindən razılıqlarını bildiriblər”-deyə icra hakimiyyətindən açıqlama verilib.

A.RÜSTƏMOV

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Rusiya SSRİ mesajını verdi - Ukrayna Həştərxanı vurdu