Modern.az

İTV-nin Yayım Şurasındakı 3 yerə 8 nəfər namizəd var - SİYAHI

İTV-nin Yayım Şurasındakı 3 yerə 8 nəfər namizəd var - SİYAHI

10 Aprel 2013, 15:07


İctimai Televiziya və Radio Yayımları Şirkəti Yayım Şurasına yeni namizədlər seçilir.
Milli Məclisin Mədəniyyət komitəsinin bugünkü iclasında şuranın səlahiyyət müddəti başa çatmış üç üzvünün yerinə yeni namizədlər tövsiyə olunub.

Namizədlər idman federasiyaları, dini konfessiyalar və yaradıcılıq təşkilatları tərəfindən tövsiyə olunub.

Mədəniyyət Komitəsinin sədri Nizami Cəfərov bildirib ki, idman federasiyaları tərəfindən Azərbaycan Boks Federasiyasının Təşkilat Komitəsinin sədri Babanlı Yusif Məmməd oğlu və Azərbaycan Dövlət Bədən Tərbiyyəsi və İdman Akademiyasının Tələbə Yaradıcılıq Birliyinin rəhbəri Ağayeva Validə Eldar qızı, dini konfessiyalar tərəfindən Qafqaz Müsəlmanları İdarəsi sədrinin müşaviri Nurullayev Fuad İzzət oğlu və Alban-Udin xristian dini icmasının sədri Mobili Robert Baqratoviç, yaradıcılıq təşkilatları tərəfindən isə Azərbaycan Bəstəkarlar İttifaqından Qafarova Zemfira Həsən qızı, Azərbaycan Yazıçılar Birliyindən Ələddinov Rafiq Səməndər oğlu, Rəssamlar İttifaqından Əliyev Ziyadxan Alxan oğlu və Azərbaycan Jurnalistlər Birliyindən Babayev Şahin Ənvər oğlu tövsiyə olunub.

Azərbaycan Respublikası Milli Televiziya və Radio Şurasının sədri Nuşirəvan Məhərrəmli iclasda tövsiyə olunan şəxslərin öz sahəsində kifayət qədər tanınan şəxslər olduqlarını deyib.

Modern.az  
Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Rusiya SSRİ mesajını verdi - Ukrayna Həştərxanı vurdu