Modern.az

Ziyalılar Forumu bu gün Eldar Namazovun namizədliyini müzakirə edəcək

Ziyalılar Forumu bu gün Eldar Namazovun namizədliyini müzakirə edəcək

10 Aprel 2013, 15:38


Bu gün Ziyalılar Forumunun növbəti toplantısı keçiriləcək. Toplantıda forumun üzvü, “EL” hərəkatının lideri olan Eldar Namazovun prezident seçkilərində namizədliyi məsələsi müzakirə olunacaq. Bu barədə Modern.az saytına Ziyalılar Forumunun və “EL” hərəkatının üzvü Eldəniz Quliyev məlumat verib.

E.Quliyevin sözlərinə görə, ziyalılar toplantısında kinodramaturq Rüstəm İbrahimbəyovun yeni mesajları çatdırılacaq: “Bu gün Ziyalılar Forumunun toplantısı keçiriləcək. Toplantıda son zamanlar gənclərə qarşı repressiyalar, Lənkəranda baş verən hadisələr və başqa məsələlər müzakirə oluncaq. Çoxdandı görüşmürdük. Ümumilikdə ölkədə baş verən ictimai-siyasi hadisələrə münasibət bildiriləcək. Eldar Namazovun namizədliyinin irəli sürülməsi, “El” hərəkatının yaranması və s məsələlərdən də danışacağıq. Rüstəm İbrahimbəyovun da yeni mesajları olacaq”-deyə E.Quliyev bildirib.

Eldar Namazovun 2013-cü il prezident seçkilərində namizədlik məsələsinə toxunan E.Quliyev bu qərarın onların təkibi ilə qəbul edildiyini deyib  

Anar RÜSTƏMOV  

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Rusiya SSRİ mesajını verdi - Ukrayna Həştərxanı vurdu