Modern.az

Əli Əliyev dövlət və hakimiyyət rəmzi kimi Nar-ı seçdi

Əli Əliyev dövlət və hakimiyyət rəmzi kimi Nar-ı seçdi

10 Aprel 2013, 15:31

Vətəndaş və İnkişaf Partiyası (VİP) özünün yeni təsvirdə loqotipini, gerbini və rəmzini təsdiqləyib.  VİP mətbuat xidməti partiyanın qəbul edilmiş yeni atributlarının daşıdığı mənaları izah edən açıqlama yayıb. Bildirilib ki, partiyanın loqotipi  VİP abbreviaturası ilə ifadə olunur və həmin formada İ hərfi üzərindəki məşəl  millətçi-mühafizəkar partiya olan VİP-in əsaslandığı ideologiyanın inikasıdır. VİP-in yeni gerbində əks olunmuş üç üfiqi zolaq  Azərbaycan insanının Etnik, Dini Siyasi kimliyini təcəssüm etdirərək, onun bu mühüm təməllər üzərində layiqli vətəndaş olaraq, formalaşması və inkişafının zəruriliyini bildirir.

Gerbdəki aypara formalı üç təsvir insanın təkamül və inkişafı üçün tələb olunan Ağıl, Əzm Gücü ifadə edərək, yalnız bu mühüm keyfiyyətlərin vəhdəti sayəsində uğur qazanılmasının mümkünlüyünün göstəricisidir. Gerbin üzərində əks olunduğu çevrə isə bu keyfiyyətlərə malik insanın can atdığı kamilliyin ifadəsidir. Partiya bildirib ki, VİP-in yeni rəmzi kimi, Narın seçilməsinin də ciddi əsasları var.


”Öncə qeyd edək ki, Qurani-Kərimdə də adı çəkilən Nar cənnət meyvəsi hesab olunur. Nar, eyni zamanda, Azərbayanın endemik meyvələrindən sayılır. Amma təbii  ki, siyasi partiya olaraq, VİP-in Narı özünə rəmz seçməsi tək bu məqamlarla əlaqəli deyil.
Narın yeganə taclı meyvə olması onu qədim zamanlardan Dövlət və Hakimiyyət rəmzinə çevirib. Bu baxımdan, əsas hədəfi siyasi hakimiyyətə gəlmək olan VİP-in Narı rəmz seçməsi təbii qarşılanmalıdır.
Konkret ifadə olunsa, narın qabığı dövlətin hüdudlarını ehtiva edərək, qoruyucu funksiyaya malikdir. Narın dənələri Dövlətin əsas zənginliyi olan vətəndaş toplusunun ifadəsidir. VİP-in bayrağındakı narın yerə düşmüş dənələri isə Azərbaycanın istiqlal mübarizəsində verdiyi qurbanlar mənasını əks etdirir.
Narın müxtəlif hissələrinin özünəməxsus məna yükü olduğu kimi, VİP-in seçimində parçalanmış nara üstünlük verilməsi də səbəbsiz deyil. Parçalanmış nar Azərbaycanın tarixi və müasir bütövlüyünün pozulmasının xatırladıcı və düşündürücü təsdiqidir”.   

Modern.az
 

Whatsapp
Bizə yazın!
Keçid et
Rusiya SSRİ mesajını verdi - Ukrayna Həştərxanı vurdu