“Qoy Ərturqut Əliyev mənim yanıma gəlsin, onu qəbul edəcəyəm, ondan sonra Əbülfəz Elçibəyin əlyazmaları ilə bağlı bir söz deyə bilərəm”.
Bunu Modern.az-a Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin Siyasi Sənədlər Arxivinin direktoru Mais Bağırov deyib. O, qeyd edib ki, Elçibəy ailəsinin mənzilində saxlanılan sənədlərin tarixi əhəmiyəti öyrənilmədən konkret söz demək mümkün deyil.
Xatırladaq ki, eks-prezident Əbülfəz Elçibəyin oğlu Ərturqut Əliyev bir neçə gün əvvəl APA-ya müsahibəsində atasının müxtəlif şəxsi əşyalarının, kitab və əlyazmalarının hazırda yaşadığı evdə saxlandığını və yer çatışmazlığından onların tədricən yararsız hala düşə biləcəyini bildirib. Onun sözlərinə görə, sənədlər bu vəziyyətdə bir müddət də qalsa, hamısı məhv olacaq.
Şahanə Rəhimli