Modern.az

Azərbaycanda təhsil alan əcnəbilərin sayı AÇIQLANDI

Azərbaycanda təhsil alan əcnəbilərin sayı AÇIQLANDI

30 Sentyabr 2022, 10:22

"Hazırda 7 mindən artıq xarici tələbə Azərbaycanda təhsil alır".

 

Modern.az xəbər verir ki, bunu elm və təhsil naziri Emin Əmrullayev "BYF EDUEXPO 2022" təhsil sərgisinin açılış mərasimində çıxışı zamanı deyib.

 

O bildirib ki, daha çox tələbənin ölkəyə cəlb edilməsi üçün "Study in Azerbaijan" layihəsini genişləndirmək niyyətindədirlər:

 

"1979-cu ildə ulu öndər Heydər Əliyev tərəfindən xaricdə təhsil almağa göndərilən şəxslər sonradan ölkəmizin müstəqilliyinin qurulması və möhkəmləndirilməsində misilsiz rol oynayıblar. Bu gün istər dövlət, istərsə də dövlət proqramından kənar yollarla on minlərlə gənc Azərbaycandan kənarda təhsil almaq imkanı əldə edirlər. Eyni zamanda, ölkəmizdə təhsil alan xarici tələbələrin də sayı hər il artır".

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Ukraynadan hər kəsi şok edən xəbər: Azərbaycanlı jurnalist vəfat etdi