
Azərbaycanı xarici ölkələrdə təmsil edən səfirliklərimiz həm də fəaliyyət göstərdikləri yerlərdə xeyriyyə tədbirlərində iştirak edirlər. Azərbaycanın Özbəkistandakı səfirliyi də bu öılkənin yetim evlərinə, maddi çəhətdən imkansız olan təşkilatlara və xeyriyyə fondlarına öz yardımlarını əsirgəmir. 1989-cu ildən Daşkəndin Çilanzar rayonunda fəaliyyət göstərən “Mehribanlıq“ Əllillər Cəmiyyəti, həyatdan ümidlərini üzən neçə-neçə insanlara ümid və arzularının çiçəklənməsi üçün yardım edib, şərait yaradıblar. Onlara bu xeyirxah işdə həm də Özbəkistanda fəaliyyət göstərən səfirliklər və diplomatik missiyaların nümayəndəlikləri də əl tuturlar. Və Azərbaycan səfirliyi də belə xeyriyyə tədbirlərində ən öndə gedən diplomatik nümayəndəliklər sırasındadır.
“Mehribanlıq” Əlillər Çəmiyyətinin rəyasət heyətinin üzvləri onların təşkilatına etdiyi yardım və köməkliyə, maddi və mənəvi dəstəyə ehtiyacı olan insanlara əl tutduğuna görə Azərbaycan səfirliyini diplomla təltif ediblər.
Onlar Azərbaycanın Özbəkistandakı səfiri ilə görüşərək, diplomu ona təqdim ediblər. Görüş zamanı Azərbaycan səfiri Hüseyn Quliyev bildirib ki, Azərbaycan dövləti hər zaman mərhəmətə və diqqətə ehtiyacı olan insanların yanındadaır.
“Mehribanlıq” Əlillər Çəmiyyətinin sədri Dilbər Musayeva isə deyib ki, iki qardaş xalqın birliyi həmişə olub, dost-dosta əl tutması isə bizim milli xüsusiyyətimizdən gələn mənəvi dəyərdir.
“Bizim əlillər cəmiyyəti 20 ildən artıqdır ki, fəaliyyət göstərir. Biz mehr və məhəbbətə ehtiyacı olan insanlara əl tutur, onların cəmiyyətə inteqrasiya etməsi üçün məhəlli bir komitə kimi əlimizdən gələni əsirgəmirik. Bu işimizdə isə Azərbaycan səfirliyi həmişə bizə qayğı göstərib. İnanırıq ki, bundan sonra da bizə yardım əlinizi uzadacaqsınız.”
Ləman Ağayeva