Modern.az

Aksiyamızın Azərbaycanın işğal günündə keçirilməsi təsadüfdür” - AÇIQLAMA

Aksiyamızın Azərbaycanın işğal günündə keçirilməsi təsadüfdür” - AÇIQLAMA

10 Aprel 2013, 17:40


Demokratik Qüvvələrin Məşvərət Məclisi aksiya keçirməyə hazırlaşır. Xəbər verdiyimiz kimi, müxalifət partiyalarının toplandığı məclis dünənki iclasında Bakıda aksiya keçirmək qərarına gəlib. Aksiya aprelin 28-ə təyin edilib.

Etiraz aksiyasının aprelin 28-ə - Azərbaycanın sovet qoşunları tərəfindən işğalı olunduğu günə təyin edilməsi maraq doğurur. Bu bir təsüdüfdür, yoxsa bilərəkdən atılan addım?

Məsələ ilə bağlı aksiyanın əsas təşkilatçılarından Azərbaycan Liberal Partiyasının (ALP) sədri Əvəz Temirxan Modern.az-a açıqlama verib. Partiya sədrinin sözlərinə görə, aksiyanın həmin günə təyin edilməsi tam təsadüfdür.

“Təbii ki, bu tam təsadüfdür. Burada başqa maraq ola bilməz. Bu Azərbaycanda demokratiyanın müdafiəsinə yönəlmiş bir aksiyadır. Bizim aksiyada iştirak edib-etməməyimiz müzakirə olunacaq. Aksiyanın Azərbaycanın işğalı gününə təyin edilməsi tam təsadüfdür”-deyə ALP sədri bildirib.

Ə.Temirxan İctimai Palatanın 28 aprel aksiyasına dəvət olunması ilə bağlı bildirib ki, Bakı şəhər İcra Hakimiyyəti icazə versə, bu məsələyə baxıla bilər.

“İcazə versələr ondan sonra baxarıq. Hələlik müraciət etməmişik. Biz icazəli aksiya keçirmək istəyirik. Aksiyanı əsasən Təbriz küçəsi, “Dərnəgül” metrostansiyasının çıxışı, “Qızıl Tac” şadlıq sarayının arxasında keçirməyi planlaşdırırıq”.

Anar RÜSTƏMOV

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Rusiya SSRİ mesajını verdi - Ukrayna Həştərxanı vurdu