Modern.az

Bakıda beynəlxalq konfrans keçiriləcək

Bakıda beynəlxalq konfrans keçiriləcək

10 Aprel 2013, 18:42

Azərbaycan Respublikası Hesablama Palatasının ev sahibliyi ilə Bakıda Ali Audit Qurumlarının Avropa Təşkilatı (EUROSAI) və Ali Audit Qurumlarının Ərəb Ölkələri Təşkilatının (ARABOSAI) IV birgə Beynəlxalq Konfransı keçiriləcək.

Modern.az-ın məlumatına görə, “Ali audit qurumlarının potensialının gücləndirilməsinin müasir çağırışları” mövzusunu əhatə edən  konfransda Ali Audit Qurumlarının Beynəlxalq Təşkilatı (INTOSAI) və onun digər regional İşçi qrupları (ASOSAI, OLACEFS, AFROSAI, PASAI, CAROSAI, IDI (INTOSAI-ın İnkişaf Təşəbbüsü), EUROSAI və ARABOSAI təşkilatlarının və həmin təşkilatlara üzv dövlətlərin Ali Audit Qurumlarının rəhbərləri də daxil olmaqla 50-dən çox ölkənin nümayəndələrinin iştirakı gözlənilir.

Qeyd etmək lazımdır ki, Konfransa hazırlıq işləri mərhələsində konfransın ingilis dilində  www.conference.ach.gov.az ünvanlı veb-saytı hazırlanmış və  Palatanın saytında yerləşdirilmişdir. Veb-saytda Konfrans və onun alt mövzuları, Hesablama Palatası, Azərbaycan və Bakı, Konfransın keçirilmə yeri və s. haqqında müfəssəl məlumatlar  yer almışdır. Konfransın veb-saytına eyni zamanda Hesablama Palatasının www.ach.gov.az internet saytında yerləşdirilmiş xüsusi Konfrans loqosu vasitəsilə də daxil olmaq mümkündür.

Konfransda  “Ali dövlət hakimiyyəti orqanlarının BMT Baş Assambleyasının 2011-ci il 22 dekabr A/66/209 saylı Qətnaməsinin çağırışlarından irəli gələn vəzifələri”, eləcə də,  “Milli inkişaf məqsədlərinə nail olunmasında Ali Audit Qurumlarının rolu” və “Dövlət maliyyə idarəçiliyinin təkmilləşdirilməsində kənar və daxili dövlət maliyyə nəzarətinin sərhədlərinin və vəzifələrinin dəqiqləşdirilməsinin əhəmiyyəti” mövzuları müzakirə  olunacaq, ayrı-ayrı ölkələrin ali audit qurumlarının bu sahələrdə təcrübələri  araşdırılacaqdır.

Modern.az

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Rusiya SSRİ mesajını verdi - Ukrayna Həştərxanı vurdu