Modern.az

Vəkili Gülər Əhmədovadan yeni xəbər gətirib: “O azyaşlı oğlu üçün darıxır”

Vəkili Gülər Əhmədovadan yeni xəbər gətirib: “O azyaşlı oğlu üçün darıxır”

10 Aprel 2013, 19:15

Bu gün vəkil Raqif Mustafayev hazırda həbsdə olan sabiq millət vəkili Gülər Əhmədova ilə görüşüb. Raqif Mustafayevin Modern.az saytına verdiyi məlumata görə, Gülər Əhmədova istintaqın prossesual qaydada davam etdirilməsini istəyib. Vəkil bildirib ki, Gülər Əhmədovanın ev dustaqlığına verilməsi ilə bağlı vəsatətin qaldırılması üçün tam qərara gəlməyiblər. Son günlər mətbuatda yayılan şayiələrin də ona pis təsir etdiyini deyən R.Mustafayevin sözlərinə görə, G.Əhmədova həmin saytları məhkəməyə vermək istəyindən daşınıb:

“Məlumatı verəndə hamısı birdən verir. Hansı birisini məhkəməyə versin?”.

Gülər Əhmədovanın azyaşlı oğlu üçün darıxdığını və onu görmək istədiyini də deyən vəkil bildirib ki, sabiq millət vəkilinə ailəsilə görüşməyə icazə verilmir:

“Bilmirəm telefon danışığına da icazə verilib ya yox”.

Türkiyəli istintaqçıların Gülər Əhmədovanın işi ilə bağlı Bakıya gəlməsinə də münasibət bildirən Raqif Mustafayev bildirib ki, “onların qarşısını ala bilmərik, gəlirlərsə, gəlsinlər”.


Gültəkin Ələsgər

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Rusiya SSRİ mesajını verdi - Ukrayna Həştərxanı vurdu