Modern.az

“İbad Hüseynovun vəziyyəti böhranlı deyil” - Keçmiş döyüşçünün yaxınları

“İbad Hüseynovun vəziyyəti böhranlı deyil” - Keçmiş döyüşçünün yaxınları

11 Aprel 2013, 13:52


“Azərbaycan bayrağı” ordenli keçmiş döyüşçü və kəşfiyyatçı İbad Hüseynovun vəziyyəti göstərilən kimi o qədər də ağır deyil. Keçmiş döyüşçü və kəşfiyyatçı İbad Hüseynovun yaxın qohumlarının Modern.az-a verdiyi məlumatlara görə, narahatçılığa heç bir əsas yoxdur. Yaxınlarının dediyinə görə, İbad Hüseynov Türkiyəyə sıradan bir müayinəyə gedib:

“O, yaxınları ilə Türkiyəyə gedib. Türkiyəli həkimlər məsləhət ediblər ki, burada müayinə olunsun. Çünki beyin kökü deyilən hüceyrələrdə fəsadlar var idi. O, vaxt aldığı zədədən sonra vaxtaşırı müayinə olunur. Bəzi mətbuat orqanlarının yazdığı kimi vəziyyət o qədər də böhranlı deyil. Adi bir müayinəyə gedib”. 

İbad Hüseynovun dostu, millət vəkili Aqil Abbas isə xəbərin şişirdildiyini bildirir. O, əməkdaşımızla söhbətində bildirib ki, İbad Hüseynov 1993-cü ildə minaya düşüb və yaralanıb, indi isə öz ayağı ilə Türkiyəyə müayinə olunmağa gedib:

“Mən İbad Hüseynovun ailəsi ilə əlaqə saxlayaraq öyrəndim ki, o mütəmadi olaraq Türkiyəyə müayinə üçün gedir. Budəfəki gedişi də eyni səbəblə bağlıdır. İbad Hüseynovu sevənlər arxayın olsunlar. Döyüşçünün səhhətində heç bir ciddi problem yoxdur. İnşallah tezliklə onu sevənlərin arasına qayıdacaq.”

Xatırladaq ki, bu gün bəzi saytlar keçmiş döyüşçü və kəşfiyyatçı İbad Hüseynovun vəziyyətinin böhranlı olduğu barədə məlumatlar yayıblar.

Qeyd edək ki, İbad Hüseynov “Azərbaycan Bayrağı” ordeni kavaleri və kəşfiyyat-diversiya dəstəsinin komandiri İbad Hüseynov Qarabağ müharibəsi qəhrəmanı kimi tanınır. O, 1993-cü il 12 iyun tarixində məşhur erməni terrorçu Monte Melkonyanı Ağdamda öldürməsiylə məşhurdur.

Gültəkin Ələsgər  
Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Rusiyanın çöküşü - Putin imdad diləyir