Modern.az

AMEA işçilərinin sayı 3 dəfə azaldılıb - RƏSMİ

AMEA işçilərinin sayı 3 dəfə azaldılıb - RƏSMİ

4 Oktyabr 2022, 10:48

Azərbaycan Milli Elmlər Akademiyasında (AMEA) strukturun təsdiq edilməsindən və say həddinin müəyyən olunmasından irəli gələn vəzifələr həyata keçirilir.

 

Modern.az-ın məlumatına görə, bunu jurnalistlərə açıqlamasında AMEA-nın vitse-prezidenti İsa Həbibbəyli deyib.

 

O bildirib ki, yeni nizamnamənin təsdiq edilməsi üçün ümumi yığıncağın keçirilməsi ilə bağlı hələlik qərar yoxdur.

 

Akademik onu da əlavə edib ki, yeni strukturla işçilərin say həddi əvvəlki əməkdaş sayının 1/3-i qədərdir. Bu balans həmçinin rəyasət heyətinin say tərkibində də eynidir.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
ŞOK VİDEO! Rusiya sülhməramlıları yenidən Qarabağa qayıtdı?