Modern.az

“Firudin bəy Köçərli” mükafatının builki qalibləri açıqlandı - SİYAHI

“Firudin bəy Köçərli” mükafatının builki qalibləri açıqlandı - SİYAHI

Təhsil

5 Oktyabr 2022, 13:14

AzEdu Təhsil Portalı və Təhsil Jurnalistləri Birliyi 2020-ci ildə 5 oktyabr  Beynəlxalq Müəllimlər  Günü münasibətilə  "Firudin bəy Köçərli”  mükafatını təsis edib.

 

Modern.az xəbər verir ki, mükafat hər ilin 5 oktyabr tarixində  bir neçə nominasiya üzrə layiqli sahiblərinə təqdim edilir.

 

AzEdu Təhsil Portalı və Azərbaycan Təhsil Jurnalistləri Birliyinin təsis etdiyi mükafatın əsas məqsədi təhsilin inkişafında  xidmətləri olan şəxsləri  diqqət mərkəzində saxlamaq, onların fəaliyyət və uğurlarını geniş ictimaiyyətə çatdırmaqdır.

 

Mükafat ekspert qrupunun gərgin müzakirələrinin nəticəsi olaraq 9 nominasiya  üzrə   aşağıdakı şəxslərə təqdim edilir:

 

1.Təhsilin idarəedilməsi  və inkişafındakı xidmətlərinə görə -  Elnur Nəsibov; (Elm və təhsil nazirinin müşaviri, Təhsilin İnkişafı Fondunda İdarə Heyətinin sədri)

 

2.”Müəllimlik ən ali məramdır” tezisinin cəmiyyətdə yüksək səviyyədə təmsilçisi kimi – millət vəkili Ceyhun Məmmədov

 

3.Təhsildə mükəmməl idarəçilik və uğurlu brendin təsisçisi kimi –Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin rektoru, professor Mustafa Babanlı;

 

4.Region təhsilində  nümunəvi idarəçilik göstəricilərinə görə– Rüfət Hacıyev (Quba-Xaçmaz Regional Təhsil İdarəsinin müdiri);

 

5.Nümunəvi təhsil xadimi missiyasının cəmiyyətdə yüksək səviyyədə qorunmasında xidmətlərinə görə - Rüfət Əzizov; (AR Təhsil İnstitutunun direktoru);

 

6.Təhsilin təbliği və kütləviləşməsi istiqamətindəki xidmətlərinə görə - Bəşarət Məmmədov; (Bakı Şəhəri üzrə Təhsil İdarəsinin sektor müdiri)

 

7.Nümunəvi təhsil xadimi missiyasının cəmiyyətdə yüksək səviyyədə qorunmasında xidmətlərinə görə -Fuad Qarayev; (Təhsil İnstitutunun istedadlı uşaqlarla iş şöbəsinin müdiri)

 

8.Orta təhsil pilləsində mükəmməl idarəçilik və fədakar  məktəb nümunəsinin inkişafında xidmətlərinə görə  - Şəbnəm Cəbrayılova (Laçın rayonu, Taxtakörpü kənd məktəbinin direktoru)

 

9.Fədakar təhsil işçisi adını yüksək səviyyədə doğrultduğuna görə - Aysel Babayeva; (Sağlamlıq imkanları məhdud 5 nömrəli internat məktəbinin müəllimi)

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Rusiyadakı miqrantlara xəbərdarlıq - Qadağan olunur!