Modern.az

Yüksək bal toplamış tələbə intihar edib? - YENİLƏNİB

Yüksək bal toplamış tələbə intihar edib? - YENİLƏNİB

Təhsil

7 Oktyabr 2022, 16:42

Azərbaycan Dövlət İqtisad Universiteti (UNEC) 2003-cü il təvəllüdlü tələbə Şəhriyar Səmədovun intihar etməsi ilə bağlı xəbərlərə münasibət bildirib.

 

UNEC-in mətbuat xidmətinin rəhbəri Elnarə Məmmədova Modern.az-a açıqlamasında deyib ki, tələbənin intihar etməsi haqda deyilənlər hələlik öz təsdiqini tapmayıb:


“Bizdə tələbənin intihar etməsilə bağlı məlumat yoxdur. Qrup yoldaşlarının dediyinə görə, Şəhriyar gecə yatdıqdan sonra ayılmayıb. Hadisənin detallarını dəqiq bilmirik. Biz məsələni dərindən araşdırmağa çalışırıq. Əlimizdə dəqiq məlumat olduqdan sonra ictimaiyyətə açıqlayacağıq”.


Qeyd edək ki, 2019-cu ildə Masallı şəhər 4 saylı orta məktəbdən məzun olan Şəhriyar həmin il 684,8 bal toplayaraq UNEC-ə qəbul olunub. O, həm də Prezident təqaüdçüsü idi.

 

***

16:08

 

Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) tələbəsi, 2003-cü il təvəllüdlü Şəhriyar Səmədov intihar edib.

 

Modern.az “Qafqazinfo”ya istinadən xəbər verir ki, Masallı rayon sakini olan Ş.Səmədov ötən gecə paytaxtın Nizami rayonu Qara Qarayev prospektində kirayə yaşadığı mənzildə özünü asıb. Onun meyiti saat 01 radələrində aşkar edilib.

 

Qeyd edək ki, 2019-cu ildə Masallı şəhər 4 saylı orta məktəbdən məzun olan Şəhriyar həmin il 684,8 bal toplayaraq UNEC-ə qəbul olunub. O, həm də Prezident təqaüdçüsü idi.

 

Faktla bağlı Nizami Rayon Prokurorluğunda araşdırma aparılır.

Whatsapp
Bizə yazın!
Keçid et
Rusiyadakı miqrantlara xəbərdarlıq - Qadağan olunur!