Modern.az

Dövlət Neft Şirkətindən təqaüd almaq istəyən tələbələrin imtahan NƏTİCƏLƏRİ açıqlandı

Dövlət Neft Şirkətindən təqaüd almaq istəyən tələbələrin imtahan NƏTİCƏLƏRİ açıqlandı

14 Aprel 2013, 16:57

Tələbə Qəbulu üzrə Dövlət Komissiyası (TQDK) aprelin 14-də Dövlət Neft Şirkətinin ali məktəb  tələbələri üçün təsis etdiyi xüsusi təqaüdün verilməsi üzrə test imtahanın I mərhələsini keçirib.

Modern.az TQDK-ya istinadən xəbər verir ki, imtahanda iştirak etmək üçün əvvəlcədən 2128 nəfər qeydiyyatdan keçib.

Amma aprelin 14-də baş tutan imtahana 220 nəfər gəlməyib
.

Test imtahanında tələbələrə məntiqi təfəkkürü yoxlayan 40 test tapşırığı təqdim olunub. Bu suallara cavab üçün namizədlərə 1 saat vaxt verilib. 30 sualın hər biri üçün 5 cavab variantı verilib və onlardan yalnız birini (doğrusunu) seçmək tələb olunub. Digər 10 sualın cavabı açıqdır. Hər suala 1 bal verilir. Səhv cavabların nəticəsi düzgün cavabların nəticəsinə təsir etmir. 

İmtahanın nəticəsinə əsasən yüksək bal toplamış namizədlər növbəti mərhələdə - müsahibədə iştirak edəcəklər. Müsahibəni ARDNŞ-nin məsul əməkdaşlarından ibarət komissiya həyata keçirəcək.   

TQDK artıq test imtahanının nəticələrini öz saytında yerləşdirib. Nəticələri bu linkdən //tqdk.gov.az/SOCAR14042013.HTM öyrənmək olar.

A.Qorxmaz

Whatsapp
Bizə yazın!
Keçid et
Rusiya SSRİ mesajını verdi - Ukrayna Həştərxanı vurdu