Müsavat Partiyasının başqanı, prezidentliyə namizəd İsa Qəmbərin erməni qəsbkarlığı nəticəsində öz yurdundan didərgin düşmüş rayonların siyasi fəal kəsimi ilə görüşləri davam edir. Növbəti görüş aprelin 14-də Müsavat Partiyasının qərargahında Cəbrayıl sakinləri ilə baş tutub.
Modern.az saytı musavat.com-a istinadən bildirir ki, Cəbrayıl rayon İcra Hakimiyyətinin başçısı Mahmud Quliyevin hədə-qorxusuna baxmayaraq xeyli cəbrayıllı Müsavat başqanı ilə görüşə qatılıb. Tədbir Dövlət Himninin səsləndirilməsi ilə açıq elan olunub. Daha sonra ölkədəki mövcud ictimai-siyasi vəziyyətlə bağlı çıxışlar olub.