Modern.az

Milli Məclisin deputatı Xankəndi sakinlərilə görüşüb - FOTO

Milli Məclisin deputatı Xankəndi sakinlərilə görüşüb - FOTO

15 Aprel 2013, 10:27

122 saylı Xankəndi seçki dairəsindən Azərbaycan Respublikası Milli Məclisinin deputatı Flora Qasımova Ramana qəsəbəsində məskunlşan xankəndililərlə görüş keçirib. Bu barədə Modern.az-a deputatın köməkçisi məlumat verib.

Görüşdə deputat Flora Qasımova Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həlli istiqamətində aparılan danışıqlardan söz açıb, işğal altında olan ərazilərimizdə yeraltı və yerüstü sərvətlərimizin talanmasının beynəlxalq hüquq baxımından yolverilməz olduğunu vurğulayıb. Həmçinin deputatlıq fəaliyyəti dövründə həyata keçirilən işlərlə bağlı görüş iştirakçılarını məlumatlandırıb. Görüşdə Prezident İlham Əliyevin imzaladığı sərəncama əsasən, Nizami Gəncəvi adına Xankəndi şəhər 4 №-li orta məktəbin yenidən bərpasını böyük sevinc hissi ilə qarşılayan xankəndililər, köçkünlərin sosial rifah halının yaxşılaşdırılması istiqamətində görülən işlərə görə dövlət başçısına minnətdarlıqlarını bildiriblər.





Whatsapp
Bizə yazın!
Keçid et
Rusiya SSRİ mesajını verdi - Ukrayna Həştərxanı vurdu