ABŞ-ın keçmiş prezidenti Corc Buş ilk dəfə baba olub. Modern.az xarici KİV-lərə istinadən bildirir ki, aprelin 14-də Nyu-Yorkda Cenni Buşun qızı dünyaya gəlib.
Qızın nənəsi Lora Buşun şərəfinə Marqaret Lora Mila Hayger adlandırıblar.
Qeyd edək ki, Corc Buş nəvəsinin dünyaya gəlməsinə sevindiyini deyib. Buş nəvəsini gördüyünü və özlərini yaxşı hiss elədiklərini bildirib.
Xatırladaq ki, Corc Buşun qızı Cenni Buş 2008-cilin mayında Virciniya universitetinin apsirantı Henri Çeys ərə gedib.
Modern.az