“İsgərdən Həmidovla görəndə salamlaşırdıq, küsülü deyildik”. Bu sözləri Modern.az-a Azərbaycanın sabiq müdafiə naziri Rəhim Qazıyev eks-daxili işlər naziri İsgəndər Həmidovla görüşü haqda danışarkən bildirib.
“İsgəndər Hədimovla mən heç vaxt düşmən olmamışam, nə də küsülü olmamışıq. Görəndə salamlaşmışıq. Üzümüzü çevirib düşmən kimi getməmişik. Onun qardaşı rəhmətə gedəndə dı zəng vurub başsağlığı vermişdim. İndidə təsüdüf oldu Qurban Məmmədov bizi yemək süfrəsinə dəvət elədi. Orda biz görüşdük, bir masa arxasında oturduq. Görüşdə siyasətdən danışmamışıq”-deyə R.Qazıyev bildirib.
Qeyd edək ki, ötən gün Milli-azadlıq hərəkatının öndə gələn isimlərindən olan Qurban Məmmədovun təşəbbüsü ilə sabiq daxili işlər naziri İsgəndər Həmidovla keçmiş müdafiə naziri Rəhim Qazıyev uzun illərdən sonra ilk dəfə görüşüblər.
Görüşdə sabiq nazirlər qeyd-şərtsiz köhnə qvardiyanın (Elçibəyin prezidentliyi dönəmində vəzifədə olan qüvvələrin) bərpa olunması ideyasını dəstəkləyiblər.
Anar RÜSTƏMOV