Modern.az

Səfər Əbiyev ATƏT rəsmiləri ilə görüşüb

Səfər Əbiyev ATƏT rəsmiləri ilə görüşüb

15 Aprel 2013, 13:01

Bu gün Azərbaycanın müdafiə naziri general-polkovnik Səfər Əbiyev ATƏT-in fəaliyyətdə olan sədrinin xüsusi nümayəndəsi Andrey Deşitsanı qəbul edib.

Müdafiə Nazirliyindən Modern.az-a verilən məlumata görə, görüş zamanı regionda mövcud hərbi-siyasi vəziyyət, Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi ilə bağlı müzakirələr aparılıb.

Görüşdə Ukraynanın Azərbaycan Respublikasındakı fövqəladə və səlahiyyətli səfiri Aleksandr Mişşenko və ATƏT-in Bakı ofisinin rəhbəri Koray Torqay iştirak ediblər.

Modern.az

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Rusiya SSRİ mesajını verdi - Ukrayna Həştərxanı vurdu