Fövqəladə Hallar Nazirliyi vətəndaşlara müraciət edib. Modern.az saytının məlumatına görə, nazirlik bildirib ki, Azərbaycan Respublikasının fövqəladə hallar naziri general-polkovnik Kəmaləddin Heydərov tərəfindən Sumqayıt şəhərində vətəndaşların qəbulu ilə bağlı vətəndaşların rahatlığının təmin edilməsi məqsədilə qeydiyyat 15 aprel 2013-cü il tarixindən başlanıb (ünvan: Fövqəladə Hallar Nazirliyinin Sumqayıt Regional Mərkəzinin inzibati binası, Sumqayıt şəhəri, Sülh küçəsi, 9).
Qəbulda yalnız Fövqəladə Hallar Nazirliyinin fəaliyyəti ilə bağlı müraciətlərə baxılacaq.
Qeyd edək ki, fövqəladə hallar naziri Kəmaləddin Heydərov aprelin 19-da Sumqayıtda Abşeron və Xızı rayonlarının, eləcə də Sumqayıt şəhərlərinin sakinləri üçün qəbul günü keçirəcək.
Modern.az