2013-cü ilin I rübü ərzində respublika ərazisində 1505 təbii və texnogen mənşəli hadisə baş verib. Fövqəladə Hallar Nazirliyinin yaydığı rəmsi statistikada qeyd olunub ki, bu rəqəm 2012-ci ilin müvafiq dövrü ilə müqayisədə 162 hadisə və ya 10% azdır. Baş vermiş təbii və texnogen mənşəli hadisələr nəticəsində 26 nəfər həlak olub, 37 nəfər xəsarət alıb, 3 nəfər xilas edilib və 31 nəfər təxliyə olunub.
Hadisələrin növü | Hadisələrin sayı | İnsan tələfatı | Xəsarət alanlar | Xilas edilənlər | Təxliyə | |||||
2012 | 2013 | 2012 | 2013 | 2012 | 2013 | 2012 | 2013 | 2012 | 2013 | |
Təbii mənşəli hadisələr | 25 | 48 | - | - | - | - | 125 | - | - | - |
Texnogen mənşəli hadisələr | 1642 | 1457 | 30 | 26 | 35 | 37 | 10 | 3 | 26 | 31 |
Cəmi | 1667 | 1505 | 30 | 26 | 35 | 37 | 135 | 3 | 26 | 31 |
Modern.az