Modern.az

Gülər Əhmədovanın vəsatəti rədd edildi

Gülər Əhmədovanın vəsatəti rədd edildi

15 Aprel 2013, 15:03


İstintaq orqanı hazırda həbsdə olan sabiq deputat Gülər Əhmədovanın Cinayət Məcəlləsinin 307.2-ci maddəsinə əsasən təqsirləndirilməsinə xitam verilməsi ilə bağlı verilən vəsatəti cavablandırıb.

Bu barədə ANS PRESS-ə Gülər Əhmədovanın vəkili Raqif Mustafayev məlumat verib. R. Mustafayev istintaq orqanın vəsatətə rədd cavabı verdiyini deyib: “İstintaq orqanı tərəfindən mənə vəsatətin cavabı poçtla göndərilib. Qərara 2 hissədən ibarətdir. Cavabda əsaslandırma hissəsi yoxdur. İstintaq orqanı vəsatətə yarımçıq cavab verib. Bu şəraitdə vəkil necə işləsin? Mən hesab edirəm ki, istintaq orqanının özü də Gülər Əhmədovaya verilən əsassız ittihamları əsaslandıra bilmir”.

R. Mustafayev həmçinin Gülər Əhmədovanın vəkili olduğu müddətdə hər hansı istintaq hərəkəti aparılmadığını deyib.

Xatırladaq ki, G. Əhmədova Cinayət Məcəlləsinin 178.3.2 (külli miqdarda ziyan vurmaqla dələduzluq əməli törətmə) və 307.2-ci (qabaqcadan vəd etmədən ağır cinayəti gizlətmə )maddələrində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirləndirilərək həbs edilib.

Modern.az  
Whatsapp
Bizə yazın!
Keçid et
Rusiya SSRİ mesajını verdi - Ukrayna Həştərxanı vurdu