
Modern.az-ın məlumatına görə, mayın 1-də Bakıda Azərbaycan milli komandası Avropa futbolunun ulduzlarından ibarət komandası ilə qarşılaşacaq. Artıq Avropa ulduzlarından ibarət komandanın heyəti məlumdur. Heyətdə Berti Foqts, Uli Ştayn, Benrd Şuster, Dario Şimiç, Jan-Pyer Papen, Aleksandır Çivazdze, Revan Xurtsilva, Tengiz Sulakvelidze, Vitali Şefçenko , Yuri Kuznetsov, Vaqit Hidiyatullin, Leonid Buryak, Nikolay Boqdanov, Andrey Zıqmantoviç, Con Toşak , Kaxaber Sxadadze, İqor Ponomyarov, Edmar Bernardes Dos Santos kimi sabiq ulduzlar meydana çıxacaq. Bundan əlavə, Türkiyə milli komandasının sabiq üzvləri Hakan Şükür, Bülənt Qorkmaz və Rüştü Rəcbər də dəvət göndərilib. Amma hələ ki, onlardan cavab gəlməyib.
Abbas Quliyev