Özbəkistan prezidenti İslam Kərimov Rusiyalı həmkarı Vladimir Putinlə görüşüb. Modern.az rus KİV-lərinə istinadən xəbər verir ki, Kremldə baş tutan görüşdə Özbəkistanın MDB ölkələrinin azad ticarət zonasına qoşulması ilə bağlı geniş müzakirə aparılıb. Danışıqlar sonununda İslam Kərimov Rusiya prezidentinin təklifini qəbul edərək Özbəkistanın azad ticarət zonasına qoşulacağına dair razılıq bildirib.
Görüşdə sonra keçirilən mətbuat konfransında çıxış edən Putin bildirib ki, may ayının sonlarında MDB ölkələrinin xarici işlər nazirləri Minskdə bir araya gələrək rəsmi protokol imzalayacaqlar.
Putin həmçinin İslam Kərimovla prinsipcə razılığı gəlindiyini qeyd edib.
Anar