Modern.az

Kürdəmirin polis rəisi və baş həkimi işdən çıxarıldı

Kürdəmirin polis rəisi və baş həkimi işdən çıxarıldı

15 Aprel 2013, 22:21

Kürdəmir rayon Polis Şöbəsinin rəisi və müavini, mərkəzi rayon xəstəxanasının baş həkimi işdən azad edilib

Kürdəmir rayon Polis Şöbəsinin rəisi və müavini işdən çıxarılıb.  APA-nın məlumatına görə Daxili İşlər Naziri general-polkovnik Ramil Usubovun əmri ilə Kürdəmir rayon Polis Şöbənin rəisi vəzifəsində çalışan polkovnik Rasim Əliyev və müavini polkovnik-leytenant Aqil Tağıyev tutduğu vəzifədən azad edilib. Hazırda şöbə rəisinin vəzifəsini müvəqqəti olaraq xidmət işləri üzrə müavin polkovnik Həsən Əsədov icra edir.

Həmçinin, Kürdəmir rayon Mərkəzi Xəstəxanasının baş həkimi Zahid Əhmədov tutduğu vəzifədən azad edilib. Həmin vəzifəyə Nizami Feyzullayev təyin edilib.

Modern.az

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Rusiya SSRİ mesajını verdi - Ukrayna Həştərxanı vurdu