"Butalife.com" sosial şəbəkəsində maraqlı sorğu keçirilir. Martın 29-da sosial şəbəkənin istifadəçilərindən biri "2013-cü ildə Azərbaycanda keçiriləcək prezident seçkisindən sonra kimi prezident görmək istərdiniz?" adlı sorğu açıb.
Modern.az-ın AzNews.az-a istinadən verdiyi xəbərə görə, qısa müddət ərzində sorğuda 20 minə yaxın istifadəçi iştirak edib. Hazırda davam edən sorğuda maraqlı nəticələr qeydə alınıb.
Maraqlı olan odur ki, siyahıda prezidentliyə iddia etməyən şəxs (Mehriban Əliyeva) hamıdan çox səs yığıb. Hazırkı prezident isə üçüncü nəticə göstərib. Bundan başqa, göstərilir ki, AXCP sədri Əli Kərimli "Real" sədri İlqar Məmmədovdan (4-cü) və "El" hərəkatının sədri Eldar Namazovdan (5-ci) az səs toplayaraq yeddinci yeri tutub.
Hakimiyyətə yaxın sosial şəbəkə olan "Butalife.com"da keçirilən sorğunun nəticələrin aşağıdakı kimidir.
Mehriban Əliyeva 42% (7233)
İsa Qəmbər 15% (2547)
İlham Əliyev 12% (2125)
İlqar Məmmədov 8% (1350)
Eldar Namazov 7% (1240)
Ayaz Mütəllibov 6% (1026)
Əli Kərimli 4% (680)
İqbal Ağazadə 4% (598)
Rəsul Quliyev 1% (241).
Sorğu ilə aşağıdakı bağlantı vasitəsilə tanış olmaq olar.