Lənkəran Dövlət Universitetinin rektoru Asəf İsgəndərovun köməkçisi həbs edilib. Modern.az-a daxil olan məlumata görə, rektorun köməkçisi Qorxmaz Ağayev Lənkəran şəhər Polis İdarəsinin və Baş prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə İdarəsinin əməkdaşlarının aprelin 15-də keçirdiyi əməliyyat zamanı saxlanılıb.
Etibarlı mənbədən Modern.az-a daxil olan məlumata görə, Qorxmaz Ağayev rüşvət üstündə tutulub. Belə ki, Q.Ağayev adı çəkilməyən vətəndaşla anlaşaraq müəyyən iş müqabilində ondan 20 min manat rüşvət tələb edib. Məsələ ilə bağlı həmin şəxs hüquq-mühafizə orqalarını məlumatlandıraraq qabaqcadan hazırlanmış şəkildə 20 min manatı Q.Ağayevə təqdim edib. Nəticədə rektorun köməkçisi rüşvət başında yaxalanıb.
Modern.az