Qafqaz Müsəlmanlar İdarəsinin sədri şeyxülislam Allahşükür Paşazadə növbəti beş il üçün MDB müsəlmanları Məşvərət Şurasına yenidən sədr seçilib. Trend-in məlumatına görə, bunu "MDB müsəlmanları sülh və stabil inkişaf tərəfdarlarıdır" mövzusunda beynəlxalq elmi-praktik konfransda Hacı Sabir bildirib.
Onun sözlərinə görə, bu barədə qərar MDB müsəlmanları Məşvərət Şurasının bu gün Bakıda keçirilən 2-ci iclasında qəbul olunub.
Xatırladaq ki, Bakıda MDB müsəlmanları Məşvərət Şurasının 2-ci iclası və "MDB müsəlmanları sülh və stabil inkişaf tərəfdarlarıdır" mövzusunda beynəlxalq elmi-praktik konfrans öz işinə başlayıb.
İclasda Azərbaycandakı dini konfessiya nümayəndələri, hökumət və parlament üzvləri, elm və mədəniyyət xadimləri, Azərbaycanda akkreditə olunmuş diplomatik korpusun rəhbərləri iştirak edirlər.
Modern.az