Valideyn-məktəb münasibətlərinin tənzimlənməsi və şagirdlərin nümunəvi məktəbdaxili nizam-intizam qaydaları haqda sənəd layihəsi hazırlanıb.
Modern.az xəbər verir ki, bu barədə Elm və Təhsil Nazirliyinin şöbə müdiri Elnur Əliyev deyib.
Nazirlik rəsmisi qeyd edib ki, bu, nümunəvi qaydalardır və çərçivə xarakteri daşıyır.