Modern.az

Şagirdi döyən direktorun yerinə təyinat oldu

Şagirdi döyən direktorun yerinə təyinat oldu

19 Oktyabr 2022, 10:40

Bir müddət əvvəl sosial şəbəkələrdə Abşeron rayonu Ceyranbatan qəsəbəsi 1 nömrəli tam orta məktəbin direktoru Çinarə Atayevanın şagirdlərin birini döyməsi və mobil telefonunu qırması barədə məlumat yayılmışdı. Hadisədən sonra direktorun əmək müqaviləsinə xitam verilib.

 

Abşeron-Xızı Regional Təhsil İdarəsindən Modern.az-a verilən məlumata görə, sözügedən məktəbə yeni direktor təyinatı olub.

 

Belə ki, daha əvvəl Abşeron-Xızı Regional Təhsil İdarəsində metodist vəzifəsində çalışan Nuranə Vəliyeva direktor vəzifəsindən azad edilmiş Çinarə Atayevanı əvəzləyib.

 

 

Telegram
Hadisələri anında izləyin!
Keçid et
35 illik savaşa NÖQTƏ QOYULDU: Vaşinqtonda tarixi imza