Modern.az

Bakıda daha bir avtobus qəzası: 10 nəfər yaralanıb

Bakıda daha bir avtobus qəzası: 10 nəfər yaralanıb

18 Aprel 2013, 15:00

Bakıda iki sərnişin avtobusu toqquşub. Səbail Rayon Polis İdarəsindən APA-ya verilən məlumata görə, hadisə Bayıl qəsəbəsində qeydə alınıb. 88 və 147 saylı xətt avtobuslarının toqquşması nəticəsində 10 nəfər xəsarət alıb.

Bakı Şəhər Təcili Tibbi Yardım Stansiyasından verilən məlumata görə, vəziyyəti ağır olan 7 yaralı xəstəxanaya yerləşdirilib, üç nəfərə isə hadisə yerində ilkin tibbi yardım göstərilib və onlar evə buraxılıb. 

Faktla bağlı araşdırma aparılır. 

Modern.az

Sizə yeni x var
Keçid et
Rusiya SSRİ mesajını verdi - Ukrayna Həştərxanı vurdu