Modern.az

Elmar Vəliyevin müavini AÇIQLAMA verdi: “Məktəb direktoru özü işdən çıxıb”

Elmar Vəliyevin müavini  AÇIQLAMA  verdi: “Məktəb direktoru özü işdən çıxıb”

18 Aprel 2013, 17:57

Gəncə şəhər İcra Hakimiyyəti şagirdlərin aksiyası ilə bağlı mətbuatda yer alan xəbərlərə aydınlıq gətirib. İcra hakimiyyətindən Modern.az-a verilən açıqlamada məktəblilərin Gəncədə aksiya keçirməsi xəbəri təkzib olunub.

Gəncə şəhər İcra Başçısının müavini Naqif Həmzəyev Modern.az-a açıqlamasında bildirib ki, Gəncədə məktəb şagirdləri tərəfindən heç bir aksiya keçirilməyib.

“Bu gün mətbuatda yayılan xəbərlər görə, guya Gəncə şəhərində 31 saylı orta məktəbin şagirdləri etiraz aksiyası keçiriblər. Şagirdlər məktəbin yaxınlığından keçən avtomobil yolunu - Nəriman Nərimanov prospektini bağlayıblar.
Şagirdlər təhsil aldıqları məktəbin direktorunun vəzifədən uzaqlaşdırılmasına etiraz edərək onun vəzifəsinə bərpa edilməsini tələb ediblər”

Bu faktla bağlı 31 saylı məktəbin müəllim və şagirdləri ilə görüş keçirilib. Bu xəbərin yanlış olduğu məlum olub. Keçmiş məktəb drektoru da bu faktı təstiqləyib ki, o özü işdən çıxıb və onun geri qayıtması kimi bir istəyi yoxdur. Şagirdlər də heç bir etiraz aksiyası keçirməyiblər. Bunlar yanlış və heç bir əsası olmayan xəbərlərdir”.-deyə icra rəsmisi açıqlama verib.

Modern.az

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Görüşü yarıda qoyub Putinə zəng etdi - Kritik detal