Modern.az

Mingəçevirə 8 milyon pul ayrıldı

Mingəçevirə 8 milyon pul ayrıldı

Təhsil

18 Aprel 2013, 19:05

Prezident İlham Əliyev Mingəçevir şəhərinin sosial-iqtisadi inkişafının sürətləndirilməsinə dair tədbirlər haqqında sərəncam imzalayıb.

Modern.az Prezidentin rəsmi saytına istinadən xəbər verir ki, ölkə başçısının sərəncamı ilə Mingəçevir şəhərinin sosial-iqtisadi inkişafının sürətləndirilməsi məqsədi ilə Mingəçevir Şəhər İcra Hakimiyyətinə Azərbaycan Respublikasının 2013-cü il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan ilkin olaraq 5,0 (beş) milyon manat ayrılıb.

Dövlət başçısı, həmçinin Mingəçevir Mərkəzi Şəhər Xəstəxanasının yenidən qurulması haqqında sərəncam imzalayıb.

Sərəncamda deyilir ki, Mingəçevir Mərkəzi Şəhər Xəstəxanasında əsaslı təmir və yenidənqurma işləri apararaq, onu çoxprofilli tibb müəssisəsinə çevirmək məqsədi ilə Azərbaycan Respublikasının 2013-cü il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Prezidentinin ehtiyat fondundan Səhiyyə Nazirliyinə ilkin olaraq 3 milyon manat ayrılıb.

Modern.az

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Görüşü yarıda qoyub Putinə zəng etdi - Kritik detal