Modern.az

Pərviz Müşərrəf həbs edildi

Pərviz Müşərrəf həbs edildi

19 Aprel 2013, 09:57

Pakistanın keçmiş prezidenti Pərviz Müşərrəf həbs edilib.  Modern.az-ın xarici KİV-lərə istinadən verdiyi məlumata görə, məhkəmə Müşərrəfin keçmiş baş nazir Bənazir Bhuttonun öldürüldüyü terror aktında səhlənkarlığa yol verdiyinə qərar verərək onun haqqında həbs hökmü çıxarıb.

Ravalpindi Ali Məhkəməsi Müşərrəfin yaxalanması üçün polisə əmr verildiyini açıqlayıb. Bu əmrdən sonra Müşərrəf həbs edilib.

Qeyd edək ki, 2008-ci ildən etibarən İngiltərədə yaşayan Müşərrəf keçən ay Pakistana qayıdıb. Parlament seçkisində iştirak etmək istəyən Müşərrəfin namizədliyi rədd edilib.

Modern.az

Sizə yeni x var
Keçid et
Görüşü yarıda qoyub Putinə zəng etdi - Kritik detal