Modern.az

“İTV-də əxlaqa zidd proqram yoxdur”

“İTV-də əxlaqa zidd proqram yoxdur”

Təhsil

19 Aprel 2013, 13:20

Milli Məclisin plenar iclasında çıxış edən deputat Qənirə Paşayeva İctimai Televiziyanın fəaliyyətinə münasibət bildirib. Deputat qeyd edib ki, İTV-də əxlaqa zidd proqramlara rast gəlinmir:

“Bu kanalın fəaliyyətini yüksək qiymətləndirirəm və inanıram ki, Yayım Şurasının yeni üzvləri təsdiqlənəndən sonra daha da yüksələcək. Doğrudan da, parlamentdə müzakirə edilən qanunların daha geniş şəkildə ictimaiyyətə çatdırılmasına ehtiyac var”.

Deputatın toxunduğu digər məsələ, Azərbaycan dili ilə bağlı olub. Q.Paşayevanın fikrincə, xarici ölkələrdə yaşayan azərbaycanlıların yerli kanallardan birində Azərbaycan dilini öyrədən veriliş açılmasını xahiş edirlər:

“Bu insanlar uzun müddət öz dillərindən uzaq düşüblər. Və buna böyük ehtiyac var”.

Modern.az

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
XƏBƏRDARLIQ: Hər an dəhşətli proses başlaya bilər