Modern.az

Fuad Muradov: “İTV-nin Yayım Şurasının fəaliyyəti tam şəffafdır”

Fuad Muradov: “İTV-nin Yayım Şurasının fəaliyyəti tam şəffafdır”

19 Aprel 2013, 14:25

“İctimai Televiziyanın Yayım Şurasının fəaliyyəti tam şəffafdır.Yayım Şurasının üzvləri  könüllülük əsasında fəaliyyət göstərir”. Bu sözləri Milli Məclisin deputatı, İTV Yayım Şurasının üzvü Fuad Muradov parlamentin bu günkü iclasındakı çıxışı zamanı bildirib.   

“Biz əvvəlcədən də bu fikirdə olmuşuq ki, vətənpərvərliklə bağlı mövzular İTVdə daha çox yer alsın. Biz dünən İTV-nin Yayım Şurasının üzvləri ilə görüşdük. Parlamentdə səslənən fikirlər mənim üçün çox maraqlıdır. Yayım Şurasının fəaliyyəti tam şəffafdır. Milli Məclisdə qaldırılan məsələləri nəzərə alacağıq”-deyə deputat qeyd edib. 

Fuad Muradovun sözlərinə görə, Heydər Əliyev Fondunun həyata keçirdiyi tədbirlərin İTV vasitəsi ilə yayımlanması telekanalın beynəlxalq əhəmiyyətinin artırılmasında böyük rol oynayıb.

Bununla yanaşı F. Muradov ölkədə telekanalların informasiya fəaliyyətində müəyyən problemlərin olmasını istisna etməyib.  “Qeyd etməliyəm ki, ölkədə kütləvi təbliğatın ünvana çatdırılmasında  müəyyən problemlər var. Azərbaycanda televiziyalar dövlət və özəl sahibkarlar tərəfindən  maliyyələşir. Amma bunun fərqi yoxdur. Üzləşdikləri problemlər eynidir”-deyə deputat vurğulayıb.

Modern.az

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Görüşü yarıda qoyub Putinə zəng etdi - Kritik detal