Modern.az

Təhsilin məzmununa və təşkilinə dair yeni tələblər

Təhsilin məzmununa və təşkilinə dair yeni tələblər

Təhsil

28 Oktyabr 2022, 15:36

Azərbaycanda təhsilin məzmununa və təşkilinə dair yeni tələblər müəyyənləşir.

 

Modern.az-ın xəbərinə görə, bununla bağlı "Təhsil haqqında" qanuna yeni - 11.3-1-ci bənd əlavə olunur.

 

Yeni bəndə əsasən, ümumi təhsil müəssisələri tərəfindən yetkinlik yaşına çatmayanların öz inkişaf səviyyələrinə uyğun cinsi istismar və cinsi zorakılıq təhlükələri, habelə özünü müdafiə vasitələri barədə məlumat almaları təmin edilir. Bu zaman onlara cinsi tərbiyəyə dair ümumi məlumat verilir, təhlükəli vəziyyətlərə, xüsusilə yeni informasiya və kommunikasiya texnologiyalarından istifadədən irəli gələn hallara xüsusi diqqət yetirilir. Belə məlumatların təqdim edilməsinə yetkinlik yaşına çatmayanların valideynləri və ya digər qanuni nümayəndələri cəlb edilə bilərlər.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Görüşü yarıda qoyub Putinə zəng etdi - Kritik detal