Modern.az

YAP-dan Elşad Abdullayevlə müxalifət liderlərinin “skayp” danışıqlarına reaksiya

YAP-dan Elşad Abdullayevlə müxalifət liderlərinin “skayp” danışıqlarına reaksiya

22 Aprel 2013, 09:56

Yeni Azərbaycan Partiyası icra katibinin müavini, deputat Mübariz Qurbanlı Azərbaycan Beynəlxalq Universitetinin mühacirətdə yaşayan sabiq rektoru Elşad Abdullayevin Müsavat başqanı İsa Qəmbər və AXCP sədri Əli Kərimli ilə “skayp” vasitəsilə əlaqə qurmasına münasibət bildirib.

Bu məsələ barədə mətbuatdan xəbər tutfuğunu deyən deputat bildirib ki, əgər onlar doğrudan da əlaqə saxlayırlarsa, burdan belə bir məntiqi nəticə çıxarmaq olar:

“Onda belə çıxır ki, İsa Qəmbər və Əli Kərimli Elşad Abdullayevi materiallarla təchiz edən mənbələrdən biri olub. Və onların əlaqəsi bir daha onu göstərir ki, hakimiyyət əleyhinə və nüfuzlu şəxslər əleyhinə təxribatların mərkəzində eyni zamanda radikal müxalifətin rəhbərləri dayanır. Bu təxribatlarla onlar hakimiyyətə hansısa formada təsir göstərmək, hakmiyyəti öz düşüncələrinə uyğun şəkildə zəiflətmək və s. kimi məqsədləri müzakirə edirlər. Mən hesab edirəm ki, bu məlumatı araşdırmağa dəyər və belədə bəzi faktlar ortaya çıxa bilər”.

Modern.az

 
Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Görüşü yarıda qoyub Putinə zəng etdi - Kritik detal