Şamaxı rayon Avaxıl kənd sakini Fəraiz Salahovun adından ETSN-yə daxil olmuş şikayət məktubu Nazirliyin müvafiq qurumlarının əməkdaşları tərəfindən yerində araşdırılıb.
Şikayətçi öz məktubunda avtomobili ilə odun apararkən Şahdağ Milli Parkının direktor müavini tərəfindən əsassız cərimələndiyini və direktor müavininin himəyadarlığı ilə iki mühafizə yegeri tərəfindən meşələrin qanunsuz qırılmasını iddia etsə də, araşdırma zamanı yazdıqlarının əsassız hesab olunmasını xahiş edib. F.Salahov izahat verərək bildirib ki, həyat yoladışından ayrıldıqdan sonra Şahdağ Milli Parkının Şamaxı bölməsində mühafizə yegerləri işləyən keçmiş həyat yoldaşının əmiləri ilə şəxsi ədavətdə olduğundan onlar tərəfindən müxtəlif təzyiqlərə məruz qalıb və bundan əsəbləşərək ETSN-yə heç bir fakta söykənməyən qərəzli şikayət məktubu yazıb. O, meşələrin qırılmasından da məlumatı olmadığını, yazdıqlarının hamısının şəxsi qərəzlilik zəminində olduğunu öz yazılı izahatında etiraf edib.