Modern.az

“İçərişəhər" Qoruğu İdarəsinin yeni direktoru kimdir?

“İçərişəhər" Qoruğu İdarəsinin yeni direktoru kimdir?

22 Aprel 2013, 11:32

Mikayıl Cabbarovun “İçərişəhər" Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin direktoru vəzifəsindən azad edilməsindən sonra bu qurumun rəhbərliyinə yeni təyinat olmayıb. “İçərişəhər" Qoruğundan Modern.az saytına verilən məlumata görə, idarənin direktoru vəzifəsini hazırda Samir Nuriyev icra edir. O, direktor əvəzidir.
“İçərişəhər" Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin İctimaiyyətlə əlaqələr şöbəsindən onu da bildiriblər ki, direktor təyinatı prezidentin sərəncamındadır və yaxın günlərdə sərəncam verilə bilər.
 
Xatırladaq ki, 2009-cu il martın 6-dan “İçərişəhər" Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin  direktoru vəzifəsində çalışan Mikayıl Cabbarov bu il aprelin 19-da təhsil naziri postuna gətirilib.

Gültəkin Ələsgər

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Görüşü yarıda qoyub Putinə zəng etdi - Kritik detal