Modern.az

Prezident Biləcəridə açılış edib - FOTOLAR

Prezident Biləcəridə açılış edib - FOTOLAR

22 Aprel 2013, 12:52

Aprelin 22-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Binəqədi rayonunun Biləcəri qəsəbəsindəki mədəniyyət-istirahət parkının əsaslı təmir və yenidənqurmadan sonra açılışında iştirak edib.
Dövlət başçısı parkın ərazisində inşa edilmiş Mədəniyyət Mərkəzində yaradılmış şəraitlə tanış olub.
Məlumat verilib ki, parkda əsaslı təmir işləri dövlətimizin başçısının 2011-ci il 13 aprel tarixli Sərəncamı əsasında həyata keçirilib.

Park uzun müddət baxımsız vəziyyətdə olduğundan yararsız hala düşmüş, burada qanunsuz tikililər, iaşə obyektləri inşa edilib. Təmir işləri zamanı qanunsuz tikililər sökülüb. Ərazisi 4 hektar olan parkda 20 min kvadratmetrlik sahədə yaşıllıq salınmış, müasir işıqlandırma sistemi quraşdırılıb. 40-a yaxın oturacaq qoyulub, fəvvarə, mini futbol meydançası, istirahət guşələri yaradılıbdır. Parkın ətrafındakı evlərin və iaşə obyektlərinin dam örtükləri, fasadı yenilənibdir.
Parkla tanışlıqdan sonra Prezident İlham Əliyev ictimaiyyətin nümayəndələri ilə görüşüb. Sakinlər adından çıxış edən Yaqub Vəliyev dövlət başçısına minnətdarlığını çatdırıb.

Sonda xatirə şəkli çəkdirilib.


Modern.az

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Görüşü yarıda qoyub Putinə zəng etdi - Kritik detal