Modern.az

Qeyri- sabit hava şəraiti davam edəcək - HAVA

Qeyri- sabit  hava şəraiti davam edəcək - HAVA

Təhsil

22 Aprel 2013, 13:12

 

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən Modern.az – a verilən məlumata görə ölkə ərazisində qərb küləyi əsəcək. Havanın temperaturu gecə 6-10 dərəcə isti, gündüz 11-16 dərəcə isti olacaq.

Sabah Bakı və Abşeron yarımadasında tutqun hava şəraiti üstünlük təşkil edəcək, əsasən gecə və axşam bəzi yerlərdə qısamüddətli yağış yağacağı gözlənilir.

Rayonlarda da hava şəraitinin arabir yağıntılı olacağı gözlənilir. Şimal-şərq küləyi əsəcək. Havanın temperaturu Aran rayonlarında gecə 6-11 dərəcə isti, gündüz 13-18 dərəcə isti, dağlarda gecə 3 dərəcə şaxtadan 2 dərəcəyədək isti, gündüz 2-6 dərəcə isti olacaq.    

Aprelin 23 - 25-dən Abşeron yarımadasında tutqun və rütubətli havanın üstünlüyünə baxmayaraq, digər meteoroloji amillərin iqlim normasına yaxınlığı meteohəssas insanlar üçün əsasən əlverişli olacaq.  

Modern.az


Telegram
Hadisələri anında izləyin!
Keçid et
Görüşü yarıda qoyub Putinə zəng etdi - Kritik detal